“Paşinyan jurnalist olanda 25 min drama böhtançı məqalələr yazırdı…” — Keçmiş səhra komandiri

Day.Az представляет новость на азербайджанском языке

Nikol Paşinyan Ermənistanda Levon Ter-Petrosyanın soyğunçuluq siyasətini davam etdirir.

Day.Az Virtualaz.org-a istinadən bildirir ki, bu haqda Qarabağda döyüşmüş "Talin" dəstəsinin komandiri Sərkis Karapetyan Yerevanda jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bir ildə Ermənistandan  təxminən 40 milyard dramlıq sərvət daşınır. Və bu hazırda da davam edir, üstəlik heç kim indi bu haqda danışmır.

"Nikol Ter-Petrosyanın tərəfdarı kimi onun siyasətini davam etdirir. Nəyə görəsə heç kim Ermənistanın birinci prezidentinin törətdiyi cinayətlər haqda danışmır, hamı 2008-ci ilin 1 mart hadisələrinə konsentrasiya olunub. Hərçənd Levon da əhalinin talanmasına və qətllərə görə məsuliyyət daşıyır"-keçmiş səhra komandiri deyib.

Sərkis Karapetyan əlavə edib ki, adı dinc dövr qoyulan müddət ərzində, yəni atəşkəsin əldə edilməsindən bu yana 3 mindən çox erməni əsgəri ölüb. "Bizim əsgərlərin ölümünə görə məsuliyyət Levon Ter-Petrosyanın üzərinə düşür, atəşkəs və geri çəkilmək barədə əmri o verib"-Karapetyan bildirib.

Keçmiş səhra komandiri əmindir ki, Nikol Paşinyan jurnalist olanda 25 min drama böhtançı məqalələr yazırdı və indi o özünü xalqın nümayəndəsi adlandıra bilməz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Детвора