Hövsanda ağır yol qəzası: xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində FHN Akademiyasının qarşısında gecə saatlarında ağır yol qəzası baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mitsubishi" markalı avtomobillə "Moskviç" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Yaralılardan biri, 1955-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Mövlanov Səməd Əbülfəz oğluna döş qəfəsinin travmatik əziyi və qabırğalarının sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu və reanimasiyada saxlanıldığı bildirilib.

Digər iki nəfərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Детвора