Azərbaycan neftinin son qiyməti

Day.Az представляет новость на азербайджанском языке

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,48 dollar/barel azdır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 69,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti son qiyməti 66,66 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 67,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Источник: day.az

Понравилась статья? Поделиться с друзьями:
Детвора